"Karvan-Yevlax" transfer çalışmalarını davam etdirir.

Sportal.az xəbər verir ki, I Liqa təmsilçisi İbrahim Əliyevi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hücumçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

27 yaşlı futbolçu ötən mövsüm “Şəfa” klubunun heyətində çıxış edib.