"Çelsi" ispaniyalı müdafiəçi transfer etdi

13:36 - 12 Avqust 2026

İngiltərənin "Çelsi" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Rayo Valyekano"dan Pep Çavarrianı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Çelsi" ispaniyalı futbolçu üçün La Liqa klubuna 19 milyon avro təzminat ödəyib. 28 yaşlı sol cinah müdafiəçisi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Pep Çavarria 2025/26 mövsümündə "Rayo Valyekano"nun heyətində meydana çıxdığı 44 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti