"Arsenal" "Qalatasaray"ın ulduzunu transfer etmək istəyir

12:33 - 15 Avqust 2026

"Arsenal" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İngiltərə çempionunun əsas hədəfi "Qalatasaray"da çıxış edən Viktor Osimheni transfer etməkdir. Bu barədə "Foot Mercato" məlumat yayıb.

"Arsenal"ın baş məşqçisi Mikel Arteta rəhbərlikdən nigeriyalı forvardın transferini istəyib. London klubu yaxın günlərdə 27 yaşlı futbolçu üçün İstanbul nəhəngi ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Viktor Osimhen 2024-cü ilin yayından "Qalatasaray"da çıxış edir. Nigeriya millisinin üzvü 2025/26 mövsümündə "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 34 rəsmi matçda 24 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti