"Qarabağ"dan sonra daha bir klubumuz "Zirə"nin sabiq futbolçusu Salifu Suma ilə maraqlanıb.
Sportal.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi ilə yanaşı, "Neftçi" də qvineyalı futbolçunu heyətinə qatmağı planlaşdırıb.
Lakin "ağ-qaralar"ın 22 yaşlı futbolçunu "Malmö"dən heyətinə qatmaq istəyi baş tutmayıb. Buna səbəb İsveç nəhənginin Suma üçün yüksək məbləğ tələb etməsidir.
Başa çatan mövsümü icarə əsasında "Radomiak"da keçirmiş vingerin "Malmö" ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.
Qeyd edək ki, "Qarabağ" da onu heyətinə qatmaq istəyib, lakin danışıqlar müsbət yekunlaşmayıb.
