"Qarabağ"ın Bolqarıstanın ÇSKA(Sofiya) klubunun yarımmüdafiəçisi Ceyms Etoya maraq göstərməsi ilə bağlı bəzi detallar ortaya çıxıb.
Sportal.az Bolqarıstanın “Tema Sport” portalına istinadən xəbər verirki, Sofiya klubunun rəhbərliyi kamerunlu futbolçu üçün ən azı 2 milyon avro istəyir. Yarımmüdafiəçinin müqaviləsini 2028/2029 mövsümünün sonuna qədər artırdıqları üçün Ağdam klubundan daha böyük məbləğ tələb etməsi mümkündür.
Xatırladaq ki, ÇSKA "Qarabağ"ı Avropa Liqasının seçmə mərhələsinin ikinci turunda (0-0, 0-0, penaltilərdə 5-4) mübarizədən kənarlaşdırıb və Eto cavab görüşündə həlledici penaltini yerinə yetirmişdi.
saytlarin hazirlanmasi
