"Ümid edirəm ki, hücumçu transferi baş tutacaq" - Flik

16:18 - 20 Avqust 2026

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik komandanın mərkəz hücumçusu mövqeyində gücləndirilməyə ehtiyacı olduğunu bildirib.

Sportal.az xəbər verir ki, Kataloniya klubu "9 nömrə" mövqeyini üçün transfer üzərində işləməyə davam edir. ​Flik idman direktoru Dekoya tam olaraq güvəndiyini vurğulayıb:

​"Hücumçu axtarışındayıq. İdman direktoru Deko artıq uzun müddətdir ki, öz işinin öhdəsindən yaxşı gəlir. Ümid edirəm və qəti şəkildə inanıram ki, transfer baş tutacaq. Mən Dekonun işinə inanıram".

​Yeni forvarda olan ehtiyac "Barselona"nın hücum xəttindəki dəyişikliklərdən sonra yaranıb. Yayda komandanı Robert Levandovski və Ferran Torres tərk ediblər.

Xəbər xətti