"Brayton" vingerini "Liverpul"a satmaqdan imtina etdi

00:02 - 21 Avqust 2026

"Brayton" Yankuba Mintehi "Liverpul"a buraxmaqdan imtina edib.

Sportal.az "The Athletici" nəşrinə istinadən xəbər verir ki, “Liverpul” 22 yaşlı cinah oyunçusu üçün 50 milyon funt-sterlinq təklif edib, lakin “Brayton” bu təklifi rədd edib.

Hazırda Minteh ayağından aldığı zədə və keçirdiyi əməliyyatdan sonra bərpa olunur. O, zədəsini “Roma” ilə yoldaşlıq görüşündə alıb. Futbolçunun daha təxminən 8 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Bununla belə, tərəflər transferin şərtləri üzrə razılığa gəlsələr, Minteh komandasını dəyişməyə hazırdır.

Qambiyalı futbolçu ötən mövsüm Premyer Liqada 34 oyunda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti