"Qəbələ" Misli Premyer Liqasının 2-ci turunda “Şəfa”ya 0:1 hesabı ilə uduzub.
Sportal.az xəbər verir ki, bu məğlubiyyətdən sonra yerli komandanın fanatları narazı qalıb.
Belə ki, matç başa çatdıqdan sonra “Qəbələ”nin azarkeşləri baş məşqçi Kaxaber Sxadadzeni istefaya səsləyib.
Qeyd edək ki, “Qəbələ” ilk turda da “Turan Tovuz”a 0:1 uduzmuşdu.
