"Arsenal"ın futbolçusu Qabriel Martinelli bu yay klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, 25 yaşlı vingerə mümkün transferlə bağlı danışıqlara başlayan "Əl-Hilal" maraq göstərir. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Səudiyyə Ərəbistanı klubu həm "Arsenal" rəhbərliyi, həm də futbolçunun ətrafı ilə əlaqə saxlayır. Londonlular təxminən 60 milyon avro məbləğində təklif alacağı təqdirdə Martinellinin satışını nəzərdən keçirməyə hazırdır.
Braziliyalı oyunçunun özü də karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyin əleyhinə deyil və "Əl-Hilal"ın təklifini qəbul etməyə hazırdır.
Bundan əvvəl Martinelli "Qalatasaray"a keçməkdən imtina etmişdi. Türkiyə klubu futbolçu üçün 45 milyon avroluq təklif göndərmişdi.
Braziliya millisinin üzvü ötən mövsüm "Arsenal"ın heyətində bütün turnirlərdə 53 oyun keçirib, 11 qol vurub və 7 məhsuldar ötürmə edib. O, London klubu ilə birlikdə İngiltərə çempionu olub və Çempionlar Liqasının finalına yüksəlib.
saytlarin hazirlanmasi
