"Mançester Yunayted"in müdafiəçisi "Milan"ın hədəfində

14:57 - 24 Avqust 2026

"Mançester Yunayted"in müdafiəçisi Nussair Mazraui karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Milan" mərakeşli futbolçunun xidmətində maraqlıdır. Bu barədə "CaughtOffside" məlumat yayıb.

A Seriyası təmsilçisinin baş məşqçisi Ruben Amorim İngiltərə klubunda birlikdə çalışdığı Mazrauini yenidən sərəncamında görmək istəyir. "Milan" 28 yaşlı sağ cinah müdafiəçisi üçün yaxın zamanda hərəkətə keçməyi planlaşdırır.

Qeyd edək ki, "Mançester Yunayted" Nussair Mazrauini 2024-cü ilin yayında "Bavariya"dan 15 milyon avroya transfer edib. Mərakeş millisinin üzvü "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 78 rəsmi matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti