"Əl-Hilal" "Arsenal"da çıxış edən Qabriel Martinellini transfer etməyə yaxındır.
Sportal.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Braziliyalı vinger Səudiyyə Ərəbistanı klubunun illik 20 milyon avroluq maaş təklifini qəbul edib. "Əl-Hilal" 25 yaşlı futbolçu üçün İngiltərə çempionuna 60 milyon avroluq təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, Qabriel Martinelli 2019-cu ilin yayından "Arsenal"da çıxış edir. Braziliya millisinin üzvü 2025/26 mövsümündə "topçular"ın heyətində meydana çıxdığı 53 rəsmi matçda 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
