“Mançester Yunayted” öz lehinə avtoqolların sayına görə Premyer Liqanın rekordçusu olub.
Sportal.az xəbər verir ki, Premyer Liqanın 2-ci turunda “Mançester Yunayted” “İpsviç”i 5:2 hesabı ilə məğlub edib. Matçın 56-cı dəqiqəsində Harri Maquayrın zərbəsindən sonra top rəqib müdafiəçi Ceykob Qrivzin ayağından rikoshet edərək qapıya daxil olub.
Qrivzin bugünkü görüşdə öz qapısına vurduğu qol “Mançester Yunayted”in lehinə qeydə alınan 80-ci avtoqol olub. Bununla da mankunianlılar Premyer Liqa tarixində bu göstərici üzrə mütləq rekordçuya çevriliblər. Onlar 79 avtoqol ilə ikinci olan “Liverpul”u geridə qoyublar.
saytlarin hazirlanmasi
