"Fənərbaxça"nın müdafiəçisi Dieqo Karlos İtaliya A Seriyasına qayıdıb.
Sportal.az xəbər verir ki, İstanbul klubu braziliyalı futbolçunu "Parma"ya icarəyə verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı mərkəz müdafiəçisi 2027-ci ilin 30 iyun tarixinə kimi İtaliya klubuna məxsus olacaq.
Qeyd edək ki, Dieqo Karlos 2025/26 mövsümündə icarə əsasında "Komo"da çıxış edib. Braziliya millisinin sabiq üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
