Premyer Liqa klubundan baş məşqçi ilə bağlı qərar

11:31 - 5 Sentyabr 2026

İngiltərənin "Hall Siti" klubu baş məşqçi Sergey Yakiroviçin müqaviləsinin müddətini uzadıb.

Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bosniya və Herseqovinadan olan mütəxəssislə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb. Tərəflər istəsələr, anlaşmanı daha 1 il artıra bilərlər.

Qeyd edək ki, Sergey Yakiroviç 2025-ci ilin yayında "Hall Siti"nin baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda 49 yaşlı çalışdırıcının rəhbərliyi altında Premyer Liqaya vəsiqə qazanıb.

Xəbər xətti