Türkiyənin "Qalatasaray" klubu ciddi itkilərlə üzləşib.
Sportal.az xəbər verir ki, hücumçu Viktor Osimhenlə yarımmüdafiəçi Mario Lemina sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hər iki oyunçu Super Liqanın 4-cü turunun "Başakşehir"lə oyununda (3:2) zədələnib. Onların durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Müdafiəçi Vilfrid Sinqo isə komandanın məşqi zamanı zədələnib. Fil Dişi Sahili milli komandasının üzvünün dizinin arxa əzələsində zədə aşkarlanıb.
Qeyd edək ki, 4 turdan sonra 10 xal toplayan "Qalatasaray" Super Liqada turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
