"Neftçi SOCAR" mövsüm finalının 1/4 finalında

17:46 - 5 Sentyabr 2026

Bu gün Çinin Şanxay şəhərində keçirilən 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının final mərhələsində ilk oyun gününün görüşləri davam edir.

Sportal.az xəbər verir ki, mövsümün final mərhələsində ölkəmizi təmsil edən "Neftçi SOCAR" klubu ikinci qrup oyununda Niderland millisinə 12:22 hesabı ilə məğlub olub. Komanda sonuncu qrup oyununda Almaniya seçməsi üzərində 16:11 hesablı qələbə qazanaraq 1/4 finala vəsiqəni təmin edib.

Qeyd edək ki, final mərhələsinin həlledici oyunları 6 sentyabrda keçiriləcək.

Xəbər xətti