"Liverpul"u "Əl-Hilal"a dəyişəcək

18:01 - 5 Sentyabr 2026

Riçard Hyuz rəsmi olaraq "Liverpul"un idman direktoru vəzifəsini tərk edib.

Sportal.az xəbər verir ki, klub funksionerin gedişini təsdiqləyib və o, artıq "Əl-Hilal"a keçməyə hazırlaşır.

Hyuz "Liverpul"a 2024-cü ildə qoşulub. O, idman direktoru vəzifəsində Yulian Vardı əvəz edib. Riçard klubun transfer siyasətində və komandanın heyətinin formalaşmasında mühüm rol oynayıb.

​İndi Hyuz fəaliyyətini Səudiyyə Ərəbistanında davam etdirəcək. Onun "Əl-Hilal"a qoşulacağı və klubun idman məsələləri ilə məşğul olacağı gözlənilir.

Xəbər xətti