"Arsenal" yarımmüdafiəçi Deklan Rays ilə müqaviləsinin müddətini uzatmaq üzərində işə başlayıb.
Sportal.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.
London klubu ingiltərəli futbolçuya 2031-ci ilin yayına qədər nəzərdə tutulan yeni saziş təklif etmək niyyətindədir.
Raysın "Arsenal" ilə qüvvədə olan sözləşməsi 2028-ci ilin 30 iyun tarixində başa çatır. Lakin "topçular"ın rəhbərliyi komandanın əsas futbolçularından birinin gələcəyini əvvəlcədən təmin etmək istəyir.
Son aylarda 27 yaşlı oyunçu Səudiyyə Ərəbistanı klublarından birinin sərfəli təklifini rədd edib.
Qeyd edək ki, Deklan Rays 2023-cü ilin yayında 116,6 milyon avro qarşılığında "Vest Hem"dən "Arsenal"a keçib. İngiltərə millisinin üzvü cari mövsümdə 4 matç keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
