“Bolonya”nın baş məşqçisi Domeniko Tedesko “Sassuolo” ilə oyundakı davranışına görə diskvalifikasiya olunub.
Sportal.az xəbər verir ki, komandalar arasında A Seriyasının 3-cü turunda bazar günü keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.
Tedesko ikinci hissəyə əlavə olunmuş vaxtda hakimin qərarına etiraz etdiyi üçün qırmızı vərəqə alıb. Bundan sonra o, tribunaların altındakı tuneldə də etirazlarını davam etdirib və hadisə matçın protokolunda qeyd olunub. "Fənərbaxça"nın sabiq baş məşqçisi A Seriyasında 2 oyunluq diskvalifikasiya olunub və 5 min avro cərimələnib.
Həmçinin hakimləri təhqir etdiyi üçün “Bolonya”nın prezidenti Coi Saputo da cərimələnib. O, sentyabrın 30-dək vəzifəsindən kənarlaşdırılıb.
saytlarin hazirlanmasi
