"Qalatasaray"dan ayrıldıqdan sonra klubsuz qalan Mauro İkardi Yunanıstan klubuna keçə bilər.
Sportal.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı forvard "Olimpiakos"un maraq dairəsindədir.
Hazırda tərəflər arasında danışıqlar gedir. Yunanlar İkardini maliyyə məsələsində razı salarsa, 1+1 illik müqavilə imzalanacaq.
33 yaşlı futbolçu karyerası ərzində “Sampdoriya”, “İnter”, PSJ klublarında oynayıb.
saytlarin hazirlanmasi
