Türkiyə klubu millimizin üzvünü vaxtından əvvəl göndərməyi planlaşdırır

14:22 - 20 Sentyabr 2026

Azərbaycan milli komandasının forvardı Nəriman Axundzadə qışda ABŞ-yə geri qayıda bilər.

Sportal.az saytına verilən məlumata görə, “Erzurumspor” Nərimanla vaxtından əvvəl yollarını ayırmağı planlaşdırır.

Belə ki, ümidləri doğrultmayan millimizin üzvünün qışda “Erzurumspor”dan ayrılacağı gözlənilir.

Onun mövsümün qalan hissəsini “Kolambus Kryu”da yox, başqa klubda icarədə keçirəcəyi hələ ki dəqiq deyil. 

22 yaşlı futbolçunun "Erzurumspor"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, 2029-cu il iyunun 30-na qədər "Kolambus Kryu"ya məxsusdur.

Xəbər xətti