Jezuş Ronaldonu meydana buraxmamasının səbəbini açıqladı

18:21 - 28 Sentyabr 2026

Portuqaliya milli komandasının baş məşqçisi Jorje Jezuş Millətlər Liqasının II turunun Norveçlə matçında (2:1) Kriştiano Ronaldonu ehtiyat oyunçular skamyasında saxlamaq qərarını izah edib.

Sportal.az xəbər verir ki, mütəxəəssis meydanda fərqli xüsusiyyətlərə malik futbolçulara ehtiyac olduğu üçün bu addımə atdığını deyib:

​"Kriştiano meydana çıxmadı. Onu, bəlkə də, yarım saatlığa buraxmağı düşünürdüm. Amma sonra oyun öz şərtlərini diktə etməyə başladı. Qərara gəldim ki, onu döyüşə atmaq üçün uyğun an deyil. Qarşıda hələ iki matç var. Lakin bu, Ronaldonu fiziki cəhətdən qorumaq üçün deyil. Çünki o, istədiyim qədər oynamağa hazırdır. Bu, mənim qərarım idi.

Mənə başqa xüsusiyyətlərə malik oyunçular lazım idi. Lakin bu o demək deyil ki, o, heyətdən kənarda qalıb. Ola bilər ki, indi Danimarka ilə matçda oynayacaq. Hamı bərabərdir. Qonsalu Ramuş yaxşı oynadı, qol vurdu, daha bir qolu ləğv edildi. Hiss etdim ki, Ramuşu əvəzləmək vaxtı deyil".

Bu, ​son 18 il ərzində Ronaldonun karyerasında Portuqaliya milli komandasının heyətində yer aldığı, lakin meydana daxil olmadığı ilk rəsmi qarşılaşma olub. Sonuncu dəfə belə hal 2008-ci il Avropa çempionatında baş verib.

Xəbər xətti