"Atletiko"nun futbolçusu Aleks Baena karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Tottenhem" ispaniyalı vingeri transfer etmək istəyir. Bu barədə "La Razon" nəşri məlumat yayıb.
London klubu Baenanı yanvarda heyətinə qatmağı planlaşdırır. "Tottenhem" 25 yaşlı ön xətt oyunçusu üçün La Liqa nəhənginə 80 milyon avroluq təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, "Atletiko" Aleks Baenanı 2025-ci ilin yayında "Vilyarreal"dan 42 milyon avroya transfer edib. İspaniya millisinin üzvü cari mövsümdə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
