"Mançester Yunayted" "Old Trafford"u əvəz edəcək gələcək stadionu üçün kommersiya tərəfdaşlığı imkanlarını nəzərdən keçirir.
Sportal.az xəbər verir ki, potensial gəlir mənbələrindən biri yeni arenanın ad hüquqlarının satışı ola bilər. Bu barədə "Sport Business"nəşri məlumat yayıb.
Klub layihə üçün kommersiya strategiyası hazırlamaqda maraqlı olan agentliklərdən təkliflər alıb.
Müraciətlərin qəbulu son bir neçə həftə ərzində yekunlaşıb. Agentliklər öz təkliflərində sponsorluq müqavilələri və satış, bilet siyasəti, korporativ zonalarda premium xidmət, eləcə də stadionda ictimai iaşə və ticarətin təşkili məsələlərini əhatə ediblər.
"Mançester Yunayted" 100 min tamaşaçı tutumu olan arena tikməyi planlaşdırır. Layihənin təxmini dəyəri 2 milyard funt-sterlinq təşkil edir. Stadionun açılışı 2035-ci ilə qədər gözlənilir.
Ad hüquqlarının satışı kluba irimiqyaslı tikintinin maliyyələşdirilməsi üçün əlavə gəlir təmin edə bilər. Bununla belə, gələcək arenanın adı ilə bağlı yekun qərar hələlik açıqlanmayıb.
saytlarin hazirlanmasi
