Bu gün Kriştiano Ronaldu Səudiyyə Ərəbistanı çempionatının 10-cu turunda “Neom”a qarşı keçirilən oyunda penaltidən fərqlənə bilməyib (1:0, ikinci hissə).
Sportal.az xəbər verir ki, Ronaldo penaltini yerinə yetirərkən topu qapıdan kənara göndərib. Top qapıçının sağ tərəfindəki dirəyin yanından keçib.
Ümumilikdə, Ronaldo karyerası ərzində 183 penaltini qola çevirib, 37 penalti zərbəsindən isə yararlana bilməyib.
saytlarin hazirlanmasi
