Bu gün Misli Premyer Liqasında 9-cu tura start verilib.
Sportal.az xəbər verir ki, ilk gündə iki matç baş tutub.
"Araz-Naxçıvan" "Qəbələ" ilə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Zirə" isə "Sumqayıt" önünə çıxıb. 5 qolun vurulduğu qarşılaşmada 3 xalı meydan sahibləri qazanıb.
Misli Premyer Liqası
IX tur
23 oktyabr
15:00 "Araz-Naxçıvan" - "Qəbələ" 1:2
Qollar: Mohamed Mara, 36 - İsmael Akinade, 8, İsaak Amoah, 48
Şamaxı şəhər stadionu
19:00 "Zirə" -"Sumqayıt" 3:2
Qollar: Ruan Renato, 8 (pen), Rikardo Martins, 21, Davit Volkov, 83 - Nihad Əhmədzadə, 39, Keffel Resende, 56
Zirə İK stadionu
