Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Fabio Miretti sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliyalı oyunçu UEFA Avropa Liqası Liqa mərhələsinin III turunun "Kristal Pelas"la matçında (2:2) çiynindən zədələnib. 23 yaşlı futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, "Beşiktaş" Fabio Mirettini mövsümün əvvəlində "Yuventus"dan 2,1 milyon avro qarşılığında icarəyə götürüb. İtaliya millisinin üzvü "qara qartallar"ın heyətində 7 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
