"Liverpul"un yarımmüdafiəçisi Aleksis Mak Allister yaxın gələcəkdə klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, klub hazırkı müqaviləsinin müddəti il yarım sonra başa çatacaq argentinalı futbolçu ilə bağlı hələlik danışıqlara başlamağa tələsmir.
"Atletiko" bu vəziyyətdən yararlana bilər. Madrid təmsilçisi yarımmüdafiəçini heyətinə qatmaqda maraqlıdır və onun İngiltərə klubundakı gələcəyi ilə bağlı prosesləri izləyir.
Daha əvvəl "Mançester Siti"nin də Mak Allisterlə maraqlandığı bildirilirdi. "Liverpul"la danışıqlarda irəliləyişin olmaması digər klubların ona olan marağının artmasına səbəb ola bilər.
Qeyd edək ki, Mak Allister 2023-cü ildə "Brayton"dan "Liverpul"a keçib. Argentina millisinin üzvü cari mövsümdə "qırmızılar"ın heyətində meydana çıxdığı 11 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
