II Liqanın 11-ci turunda "Ağstafa Gəncləri" "Difai"ni 3:0 hesabı ilə məğlub etdi.
Sportal.az xəbər verir ki, 1Sport.az-a açıqlama verən meydan sahiblərinin prezidenti Şahin Kərimov qarşılaşma ilə bağlı fikirlərini bölüşdü:
"Çox çətin oyun oldu. Hədəfimiz üç xal idi və buna nail olduq. Komanda meydanda əzmkar mübarizə apardı. "Difai" çox yaxşı kollektivdir, onları əvvəldən izləyirdim. Heyətlərində çox yaxşı gənc futbolçular var. Digər matçlarda da rəqiblər onlardan yalnız son dəqiqələrdə xal ala bilmişdilər. Bir az şansımız da gətirdi. İlk dəqiqələrdə fürsətlərdən yararlanıb, qələbə qazandıq".
Ş.Kərimov növbəti turda "Hypers"lə keçiriləcək görüşdən və komandanın mövsümdəki əsas məqsədindən də danışdı:
"Növbəti oyunda da hədəfimiz üç xal olacaq. Hər görüşə qələbə üçün çıxırıq. Əsas məqsədimiz komandanı maksimum yuxarı pillələrdə saxlamaq və ilk "altılıq"dakı yerimizi qorumaqdır. "Hypers" də "Difai" kimi fiziki cəhətdən yaxşı hazırlıqlı komandadır. Hər bir futbolçusu meydanda çox çalışır. Turnir cədvəlində də bizə yaxındırlar və ilk "altılığ"a düşmək üçün maksimum nəticə qazanmağa çalışacaqlar".
saytlarin hazirlanmasi
