“Neftçi” FIBA Avropa Kubokunda növbəti məğlubiyyətini alıb.

Sportal.az xəbər verir ki, “Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti matçına çıxıb.

H qrupunun 7-ci turu çərçivəsində Latviyada “Riqa” ilə qarşılaşan “ağ-qaralar” meydanı 55:96 hesablı məğlubiyyətlə tərk ediblər.

Bundan əvvəl keçirdiyi 6 oyunda 1 qələbə və 5 məğlubiyyət qeydə alan “Neftçi” 8 xalla H qrupunun sonuncu pilləsində yer alır.