Fanatlar futbolçuya əsəbləşdilər
Messi ilə görüşə 2500 dollar ödəyən fanatlar onun imzası olan ucuz top alıblar.
Sportal.az xəbər verir ki, Toni Şervud və oğlu Hadson “Kamp Nou”ya bir neçə il qabaq gediblər. Həmin vaxt Hadsonun beş yaşı olub, Messi isə balaca fanatın kumiri olub. Altı ay qabaq Hadsonun atası yenidən 2500 dollarlıq bilet alıb ki, oğlunu Messi ilə görüşdürsün. Sonra isə Şerrvud və bilet almış daha 75 şəxsi balaca otağa yerləşdiriblər. Onlar iki saat gözlədikdən sonra isə daha futbolçunun gəlməyəcəyi bildirilib.
Fanatlar isə futbolçunun imzası olan ucuz top alıblar. Fanatlar bundan möhkəm qəzəbləniblər. Messi isə heç bir şərh verməyib.
saytlarin hazirlanmasi