Ariel Orteqa futbolçu karyerasına son qoydu
Bir dönəm “Fənərbaxça”da çıxış etmiş Ariel Orteqa 22 illik futbolçu karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, argentinalı oyunçu 65 min azarkeşin gözü önündə son oyunu ilə 39 yaşında karyerasını bitirib. Buenos-Ayres şəhərində Orteqanın son komandası - “River Pleyt”in “Monumental” stadionunda baş tutan matçda Xuan Sebastian Veron, Xavier Saviola və Xuan Ramon Rikelme kimi ulduz oyunçular da iştirak edib.
Son oyununda gözləri dolan futbolçu “Tanrıya şükür ki, bir “River Pleyt” azarkeşiyəm” deyib.
Qeyd edək ki, Orteqa 2002-2003-cü illərdə “Fənərbaxça”nın şərəfini qoruyub.
saytlarin hazirlanmasi