Bert Foqts iki oyunda

15:04 - 14 İyul 2013

Alman məşqçi final və 3-cü yer uğrunda keçiriləcək oyunları izləyəcək
 
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün Hərbçilər arasında 1-ci Dünya Futbol Kuboku turnirinin III yer uğrunda oyununu və final qarşılaşmasını izləyəcək.
 
Sportal.az xəbər verir ki, saat 17:00-da başlayacaq III yer uğrunda oyunda Azərbaycan və Kot d`İvuar, saat 20:30-da başlayacaq final matçında isə Oman və İraq yığmaları qarşılaşacaq. Hər iki oyun AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da keçiriləcək.

Xəbər xətti