260 gün ərzində 100-cü qarşılaşma
İyulun 13-də Binə stadionunda Həvəskarlar liqasının “Binə” – “Mingəçevir” oyunu keçirilib.
Sportal.az xəbər verir ki, bu qarşılaşma Binə stadionu üçün əlamətdar olub. Qeyd olunmuş oyun, fəaliyyətdə olduğu 260 gün ərzində bu arenada keçirilmiş 100-cü qarşılaşmadır (orta hesabla hər 3 gündə 1 oyun). Binə stadionunda təşkil olunmuş ilk oyun 2012-ci il sentyabrın 17-ə təsadüf edib. Həmin gün burada FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 çərçivəsində Kanada və Çin yığma komandaları üz-üzə gəlib.
Qeyd edək ki, Bakının Xəzər rayonunun Binə qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə AFFA tərəfindən FIFA standartları səviyyəsində tikilmiş bu stadionun 2012-ci il sentyabrın 13-də keçirilmiş açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva iştirak edib.
saytlarin hazirlanmasi