Berti Foqts "Neftçi" və "Qarabağ"ın oyununa təşrif buyuracaq

16:35 - 15 İyul 2013

Millinin çalışdırıcısı matçları stadiondan izləyəcək

 

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarını izləyəcək.

 

Sportal.az xəbər verir ki, Foqts ilk oyunlar çərçivəsində iyulun 17-də, saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Skenderbeu" (Albaniya) qarşılaşmasını və UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 18-də, saat 21:00-da, Tofiq Bəhramov adına Respublik stadionunda keçiriləcək "Qarabağ" - "Piast" (Polşa) matçını izləyəcək.

Xəbər xətti