Popoviç rəsmən Türkiyə klubunda

17:46 - 15 İyul 2013

Qapıçı 2 illik müqaviləyə imza atdı
 
Andrey Popoviçin Türkiyənin “Tavşanlı Linyitspor” klubuna transfer olunması ilə bağlı xəbər yaymışdıq.
 
Sportal.az xəbər verir ki, artıq PTT Birinci Liqa təmsilçisi transfer xəbərini təsdiqləyib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Popoviçlə 2 illik müqavilə imzalanıb. Klub Andreyə uğurlar arzulayıb.
 
Qeyd edək ki, Popoviç “Bakı”, “Abşeron” və “Sumqayıt”da çıxış edib. Son iş yeri “Turan” olan qolkiper 17, 19 və 21 yaşadək futbolçulardan ibarət yığma komandalarımızda çıxış edib və A millimizdə bir oyun keçirib. O, 2011-ci ilin 11 noyabrında Albaniyaya qarşı yoldaşlıq oyununda meydana çıxıb.
 
Qeyd edək ki, hazırda futbolçularımızdan Arif İsayevlə Saşa Yunisoğlu “Dənizlispor”da, Branimir Subaşiç “Orduspor”da çıxış edir. Ramal Hüseynovun baxışda olduğu “Bucaspor”la müqavilə bağlamaq şansı böyükdü. Fərid Quliyevin isə “Mersin İdman Yurdu”ndan təklif aldığı bildirilir.

Xəbər xətti