Əfsanəvi futbolçu itkin düşdü

18:27 - 15 İyul 2013

Pol Qaskoyn yoxa çıxıb
 
İngiltərənin əfsanəvi futbolçusu Pol Qaskoyn itkin düşüb. 
 
Sportal.az xəbər verir ki, Qaskoyn spirtli içki düşkünüdür və buna görə də ciddi müalicə alır. Bu yaxınlarda London küçələrinin birində içib yatan keçmiş futbolçu onu tanıyanlar tərəfindən xəstəxanaya aparılıb. Xəstəxanadan çıxandan sonra Qaskoynu görən olmayıb. Bundan narahat olan ailəsi artıq bu barədə polisə məlumat verib.
 
İngilis qəzeti “The Sun” isə bu xəbəri, “bu adama içki verməyin”, başlığı ilə dərc edib.

Xəbər xətti