İsrailə qarşı sanksiya tətbiq oluna bilər
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan İsrail millisinə qarşı sərt sanksiya tədbiq oluna bilər. Sportal.az xəbər verir ki, buna səbəb İsrail hökumətinin yerli futbol federasiyasının daxili işlərinə qarışmasıdır.
Rusiya mətbuatının verdiyi məlumata görə, Ölkənin gənclər və idman naziri Limor Livmat İsrail Futbol Futbol Federasiyasında (İFF) köklü islahatların aparılmasını və İFF-nin prezidenti Avi Luzonun istefasını tələb edir. O, bununla bağlı fikrini bugünlərdə FİFA prezidenti Yozef Blatterlə görüşündə də ifadə edib.
Lakin İsraildə səfərdə olan dünyanın ali futbol qurumunun rəhbəri bu tələbin qəbuledilməz, hökümətin federasiyanın işinə müdaxiləsinin yolverilməz olduğunu bəyan edib.
Blatter deyib ki, əgər federasiyaya təzyiqlər davam etsə, o zaman FİFA İsrail millisi də daxil olmaqla bu ölkənin bütün komandaları beynəlxalq miqyaslı yarışlardan kənarlaşdırılacaq.
Xatırladaq ki, Azərbaycan və İsrail millisi ötən il bu seçmə mərhələdə artıq Bakıda qarşılaşıblar (1:1). Bu il sentyabrın 7-də isə komandalar İsraildə də görüşməlidilər.
Bundan başqa, UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində İsrailin “Makkabi” (Hayfa) klubu “Xəzər Lənkəran”ın rəqibidir.
saytlarin hazirlanmasi