"Biz işimizi bu qərara görə qurmalıyıq"

13:52 - 16 İyul 2013

Adil Mahmudov: "Qərar verilibsə, hörmət etməliyik"
 
“Biz bu qərara hörmətlə yanaşırıq. AFFA nə qərar veribsə, ona da tabe olacağıq. Biz öz oyunumuzu oynayıb, Premyer Liqa uğrunda mübarizə aparacağıq".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Qaradağ Lökbatan" klubunun baş məşqçisi Adil Mahmudov deyib. Mahmudov sona qədər mübarizə aparacaqlarını bildirib:
 
"Guya biz nəsə deyəndə dəyişiklik olacaq. Belə bir qərar çıxarılıbsa, biz bu qərara görə işlərimizi qurmalıyıq. Heç həvəsdən düşmək lazım deyil. Sona qədər mübarizə aparmalıyıq”.

Xəbər xətti