Berti Foqts Şüvəlanda FOTOLAR

15:29 - 16 İyul 2013

AFFA rəhbərliyi düşərgədə oldu
 
Bu gün AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, baş katib Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts AFFA tərəfindən iyulun 5-dən etibarən Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində U-15 yığmamızın geniş tərkibli heyəti üçün təşkil olunmuş düşərgədə olublar.
 
Sportal.az xəbər verir ki, Əliyev və Məmmədov çıxış edərək düşərgənin təşkil olunmasının əsas məqsədinin 2016-cı ildə Azərbaycanda keçiriləcək 17 yaşadək oğlanlardan ibarət komandalar arasında Avropa Çempionatında mübarizə aparacaq Azərbaycan U-17 yığmasına namizədlərin müəyyənləşdirilməsi, komandanın formalaşdırılması prosesinə indidən start verilməsi olduğunu bildiriblər. AFFA rəsmiləri uşaqların futbolla yanaşı təhsilə də xüsusi diqqətlə yanaşmalarının vacibliyini vurğulayıblar.
 
Millimizin baş məşqçisi Berti Foqts qeyd edib ki, gələcəkdə yüksək səviyyəli peşəkar futbolçu olmaq üçün hər bir fürsətdən səmərəli yararlanmaq lazımdır və bu düşərgədə uşaqlara yaxşı yaradılıb. Sonra AFFA rəsmiləri düşərgənin ərazisinə baxış keçirib, uşaqlara yaradlmış şəraitlə tanış olublar.
 
Qeyd edək ki, düşərgədə məşqlərlə yanaşı, əyləncəli tədbirlər də keçirilir.
 
 

Xəbər xətti