"Messi hində yeganə xoruzdur"

11:06 - 17 İyul 2013

"Barsa" prezidenti iki ulduz futbolçudan danışdı
 
"Barselona"nın prezidenti Sandro Rossel Neymarın “Barselona”ya keçməsinə görə Messi ilə konfliktlərinin olub-olmamasından danışıb.
 
Sportal.az xəbər verir ki, Sandro Rossel Messini hindəki yeganə xoruza bənzədib:
 
“Heç kim Messidən yaxşı ola bilməz. O, klubun tarixi boyunca ən yaxşı oyunçudur. Mənim üçün isə futbol tarixinin ən yaxşı oyunçusudur. Əgər başqa cür desəm, o, hində yeganə xoruzdur. Məncə, Neymar ilə heç bir problem olmayacaq.
 
Onlar ikisi də əla oyunçudurlar və böyük ürəkləri var. Onlar əllərindən gələni edəcəklər ki, komandaya əvvəlki kimi uğurlar qazandırsınlar”

Xəbər xətti