Hakimlərimiz Polşada davam edir FOTO

17:18 - 17 İyul 2013

Referilərimiz Visla şəhərində 5 oyun idarə edəcəklər
 
Polşanın Visla şəhərində təlim-məşq toplanışında olan hakimlərimiz hazırlıq prosesi çərçivəsində bu gün 5 oyun idarə edəcəklər.
 
Sportal.az xəbər verir ki, Anar Salmanov, Yaşar Abbasov və Namiq Hüseynov “Poloniya” – “GKS Tuçi” qarşılaşmasında, Orxan Məmmədov, Rahil Ramazanov və Knyaz Əmiraslanov “Zaqlebie” – “Quqnik” oyununda meydana çıxacaqlar. Aşağıda qeyd olunmuş digər 3 briqadanın konkret hansı oyunları idarə edəcəyi isə stadionda müəyyənləşəcək:
 
Namiq Bəkirov, Elşən Acalov, İsgəndər Əliyev Sərxan İsmayılov, Azər Əsgərov, Rəvan Həmzəzadə Ramil Diniyev, Rza Məmmədov, Akif Əmirəli 

Xəbər xətti