Əliyar Ağayev yoldaşlıq görüşü idarə edəcək
Özbəkistan və Türkiyə milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək..
Sportal.az xəbər verir ki, avqustun 14-ü Bakı vaxtı ilə saat 19:00-da başlayacaq qarşılaşmada azərbaycanlı referi Əliyar Ağayev fit çalacaq. Ona Mehman Mahmudov və Vaqif Musayev kömək edəcək.
Qeyd edək ki, bu oyun Türkiyə ilə Özbəkistan arasında ilk matç olacaq. Qarşılaşma Daşkəndin "Paxtakor" stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi