Azərbaycanlı futbolçunun gecə həyatı Türkiyə klubunu təşvişə salıb FOTO

17:43 - 19 İyul 2013

Ramal Hüseynov: "Sabit bir həyat yaşayıram"
 
Bir neçə gün əvvəl Türkiyənin "Burcaspor" klubuna transfer olunan azərbaycanlı futbolçu Ramal Hüseynovun gecə həyatına meylli olması ilə bağlı qonşu ölkə mətbuatında müxtəlif fikirlər səslənir. 
 
Sportal.az-ın Anspress-ə istinadən verdiyi xəbərə görə, klubun Twitter səhifəsində Ramal Hüseynovun gecə həyatına meylli olması vurğulanaraq bildirilir ki, inşallah, o, İzmir gecə həyatına daxil olmaz.
 
Bu iddiaları cavablandıran “Burcaspor”un yeni futbolçusu Ramal Hüseynov haqqında gedən söz-söhbətə münasibət bildirib:
 
“Gecə həyatımla bağlı xəbərlər çıxdıqda subay idim. Artıq evliyəm və 1 uşağım var. Sabit bir həyat yaşayıram”.
 
 

Xəbər xətti