Azərbaycanlı futbolçu yol qəzasına düşdü

18:02 - 19 İyul 2013

"Fənərbaxça"da çıxış edən Mirkamil Həşimli ciddi xəsarət almayıb
 
“Fənərbaxça” klubunun futbolçusu Mirkamil Həşimli Azərbaycanda avtomobil qəzasına düşüb.
 
Sportal.az xəbər verir ki, yay tətili üçün vətənə gələn U-19 milli komandamızın üzvünün idarə etdiyi avtomobil qəza törədib.
 
Xoşbəxtlikdən futbolçunun səhhətinə ciddi ziyan dəyməyib. Onun idarə etdiyi “Mercedes” markalı avtomobilin isə ciddi təmirə ehtiyacı var.
  
Qeyd edək ki, Mirkamil Həşimli bir müddətdir ki, “Fənərbaxça” klubunun aşağı yaş qruplarında çıxış edir.

Xəbər xətti