Ən baha biletlər final günü satılacaq
FİFA Braziliyada keçiriləcək Futbol üzrə Dünya Çempionatı biletlərinin qiymətlərini elan edib.
Sportal.az xəbər verir ki, Beynəlxalq azarkeşlər üçün ilkin qrup oyunlarına biletlərin qiyməti 90 dollardan başlayacaq.
Beynəlxalq futbol federasiyası – FİFA həmçinin iyulun 13-də keçiriləcək final matçı üçün də ən ucuz və ən baha bilet qiymətini bildirib: 440 dollar və 990 dollar.
Qeyd edək ki, Dünya Çempionatı gələn il iyunun 12-də San Pauloda başlanacaq və biletlər satışa avqustun 20-dən buraxılacaq.
saytlarin hazirlanmasi