Fərid Quliyev də türk klubunda

17:40 - 21 İyul 2013

Forvard müqavilə bağladı
 
Azərbaycanın daha bir futbolçusunun Türkiyənin PTT Birinci Liqasında mübarizə aparacağı dəqiqləşib. Sportal.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Fərid Quliyev də karyerasını qardaş ölkədə davam etdirəcək.

Onun “Mersin İdmanyurdu” klubuna keçidi gündəmdə idi. Amma son anda Quliyev “Kahramanmaraşspor”la anlaşıb.
 
Tərəflər bir illik müqaviləyə imza atıblar.
 
Qeyd edək ki, “Kahramanmaraşspor” 1969-cu ildə yaradılıb. Bu komanda indiyə qədər tarixində yalnız bir dəfə (1988-1989) Türkiyə Super Liqasında mübarizə aparıb. Son mövsümdə İkinci Liqada çıxış edən komanda çempion olaraq yeni mövsümdən PTT Birinci Liqada yarışmaq hüququ qazanıb.

Xəbər xətti