Mübariz Mənsimov: "Fənərbaxça" ilə İstanbulda da oynamaq istəyirik"

13:24 - 22 İyul 2013

"Biz bir millət, iki dövlətik"
 
"Palmali" Şirkətlər Qrupunun sahibi  və "Xəzər Lənkəran" klubunun fəxri prezidenti Mübariz Mənsimov Doğan Xəbər Agentliyinə xüsüsi açıqlama verib.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı iş adamı "Fənərbaxça"nın prezidenti Əziz Yıldırıma Lənkərana gəldiyi üçün təşəkkürünü bildirib:
 
"Bütün "Fənərbaxça" azarkeşindən və rəhbərliyindən Allah razı olsun. Bura qədər gəldilər və dəstək oldular. Əziz Yıldırım bizim də prezidentimizdir. Çox sağolsun ki, bizim təklifi qəbul etdi. Onun "Fənərbaxça" və türk futboluna çox böyük köməyi dəyib.  Bizimlə münasibəti çox gözəldir və belə də davam edəcək".
 
Azərbaynlı olmaqla yanaşı, eyni zaman türk vətəndaşlığı olan Mənsimov həmçinin bildirb ki, Azərbaycanla Türkiyəni bir-birindən fərqləndirmir:
 
"Mənim üçün Türkiyə və Azərbaycan eynidir. Biz bir millət iki dövlətik. Mən "Fənərli" deyil, "Beşiktaş"lı olsam da yenə də, hazırlıq matçı keçirdik. "Fənərbaxça" ilə İstanbulda da oynamaq istəyirik".
 
"Xəzər Lənkəran"ın sahibi UEFA-nın "Fənərbaxça"ya və "Beşiktaş"a verdiyi cəzalar barədə də danışıb. O, UEFA-nın  türk klubları haqqında yanlış qərar verdiyinə deyərək İstanbul klublarına dəstək olub.

Xəbər xətti