Yoldaşlıq oyununda silahlı atışma

15:11 - 22 İyul 2013

İki azarkeş dünyasını dəyişdi
 
Argentina futbolunda yenidən dəhşətli faciə baş verib. 
 
Sportal.az xəbər verir ki, Buenos-Ayresdə məşhur “Boka Xuniors” və “San-Lorenzo” klubları arasında keçiriləcək yoldaşlıq oyunundan əvvəl hər iki komandanın fanatları arasında silahlı atışma baş verib. İnsident zamanı iki "Boka Xuniors"lu azarkeş öldürülüb. Bu səbəbdən yoldaşlıq oyunu ləğv olunub. Atışma oyunun keçiriləcəyi stadionun yaxınlığında baş verib. Hadisə şahidlərinin sözlərinə görə, 100-ə yaxın atəş səsi eşidiblər. Amma polis ölənlər barədə dəqiq məlumat verməyib. 

Xəbər xətti