Elxan Məmmədov qızlardan ibarət millinin futbolçularına uğurlar arzuladı
Bu gün AFFA-nın Futbol akademiyasında baş katib Elxan Məmmədov 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb.
Sportal.az xəbər verir ki, Məmmədov son illərdə ölkəmizdə qadın futbolunun inkişaf etməkdə olduğunu bildirib, Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacaq yığmamıza uğurlar arzulayıb.
Qeyd edək ki, yığmamız Avropa çempionatının ilkin seçmə mərhələsində avqustun 2-də Avstriya, 2 gün sonra Polşa, avqustun 7-də isə Qazaxıstan komandası ilə qarşılaşacaq. Yığmamızın mübarizə aparacağı 8-ci qrupun oyunları Polşada təşkil olunacaq.
Turnirə hazırlıq çərçivəsində komandamız iyulun 23-dən avqustun 1-dək Latviyada təlim-məşq toplanışı keçirəcək.
saytlarin hazirlanmasi